Beyləqanda su kanalında batan şəxsin adı AÇIQLANDI

Beyləqanda su kanalında batan şəxsin adı AÇIQLANDI

Hazırda oxunan: Beyləqanda su kanalında batan şəxsin adı AÇIQLANDI

631432

Beyləqanda su kanalında batan şəxsin kimliyi məlum olub.

Bizim.Media xəbər verir ki, Qarabağ kanalında batan şəxs rayon sakini, 19 yaşlı Rəvanə Rəşad qızı Hümbətəliyevadır.

Onın nəşi hadisənin baş verdiyi ərazidən bir neçə kilometr aralıda, rayonun Türklər kəndi ərazisində polis əməkdaşları tərəfindən aşkar edilib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, R.Hümbətəliyeva Beyləqan rayonunun Dünyamalılar kənd sakini olub. O, bir müddət əvvəl ailə quraraq rayonun II Aşıqlı kəndinə köçüb.

Rəvanə Hümbətəliyevanın hansı şəraitdə suya düşməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO