Tovuzda ağır qəza: ÖLƏN VAR - FOTO

Tovuzda ağır qəza: ÖLƏN VAR - FOTO

Hazırda oxunan: Tovuzda ağır qəza: ÖLƏN VAR - FOTO

631363

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki,  hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarında yerləşən elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Güclü zərbə nəticəsində yük avtomobili ciddi şəkildə deformasiyaya uğrayıb.

Hadisə zamanı avtomobilin sürücüsü, Düz Cırdaxan kənd sakini, 25 yaşlı Fərid Tağıyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qəza nəticəsində elektrik dirəyi də aşıb. Bu səbəbdən kəndin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cansız bədənini xüsusi avadanlıqların köməyi ilə çıxarıblar.

Sürücünün meyiti müvafiq araşdırmaların aparılması üçün Tovuz Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO