Naxçıvanda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı – FOTO

Naxçıvanda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı – FOTO

Hazırda oxunan: Naxçıvanda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı – FOTO

631097

Naxçıvan Muxtar Respublikasında (MR) aksizli məhsulların dövriyyəsinə nəzarət tədbirləri çərçivəsində külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilərin satışı və satış məqsədilə saxlanılması faktları aşkarlanıb.

Bizim.Media xəbər verir ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları müəyyən edilib.
 

Kəngərli rayonunun Qarabağlar kəndi ərazisində Murtuzayev Sahil Arif oğluna məxsus anbarda külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkarlanıb. Müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin məhsullar götürülüb.


Faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırma aparılır.
 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO