Mətbəxdə qazı açdı, yerinə su gəldi– VİDEO

Mətbəxdə qazı açdı, yerinə su gəldi– VİDEO

Hazırda oxunan: Mətbəxdə qazı açdı, yerinə su gəldi– VİDEO
630911
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhər Nərimanov rayonu Əşrəf Əliyev küçəsi 37 ünvanında yerləşən beşmərtəbəli binada qaz borusundan su gəlir.

Bizim.Media xəbər verir ki, bununla bağlı sakinlər “Xəzər TV”yə müraciət edib.

Vətəndaşların sözlərinə görə, mənzillərin birində təmir işi aparan ustalar sonda borunu səhv taxıblar. Nəticədə, iki gündür binaya qaz verilmir.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Novruz Məmmədzadə bildirib ki, sözügedən ünvanda mənzillərin birində su və qaz xətlərinin səhv qoşulması nəticəsində mövcud qaz xətlərinə su dolub:

“SOCAR-ın “Azəriqaz” İB-nin əməkdaşları hadisə yerində qəzalı vəziyyətin aradan qaldırılması ilə məşğuldur. Üçbloklu yaşayış binasının iki blokunda qaz təchizatının verilməsi bərpa olunub. Sonuncu blokda da suyun qaz xətlərindən təmizlənməsi işləri davam etdirilir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO