Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, hava limanı istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsi yolun kənarında dayanmış avtomobilə çırpılıb.
Görüntülərdən də aydın görünür ki, minik avtomobili müəyyən səbəbdən yolun hərəkət hissəsində dayanıb və digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görülməyib.
"Belə hallarda həm məcburi dayanmış nəqliyyat vasitəsinin sürücüsü tərəfindən təhlükəsizlik qaydalarına əməl olunmaması, həm də hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücüləri tərəfindən diqqətsizliyə yol verilməsi qəza riskini artırır.
Nasazlıq və ya digər səbəbdən məcburi dayanma zamanı sürücü qəza dayanma işıq siqnalını yandırmaqla yanaşı, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırmalıdır. Hərəkətdə olan bütün sürücülər yollarda diqqətli olmalı və sürət həddinə əməl etməlidirlər", - NİİM-in məlumatda bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:34 / 12.08.2026
Bakıda sürücü məsuliyyətsizliyi qəzaya səbəb oldu - ANBAAN VİDEO
Hazırda oxunan: Bakıda sürücü məsuliyyətsizliyi qəzaya səbəb oldu - ANBAAN VİDEO
Hazırda oxunan: Bakıda sürücü məsuliyyətsizliyi qəzaya səbəb oldu - ANBAAN VİDEO
630691
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































