Hər uşaq özünü güvəndə hiss etməlidir! – FOTO

Hər uşaq özünü güvəndə hiss etməlidir! – FOTO

Hazırda oxunan: Hər uşaq özünü güvəndə hiss etməlidir! – FOTO

630266

06.08.2026 tarixində AVROTECH MMC və Lumen Psixologiya Mərkəzi arasında sosial məsuliyyət və inkişaf yönümlü rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb. Bu əməkdaşlığın ilk istiqamətlərindən biri uşaqların psixoloji sağlamlığının və emosional rifahının dəstəklənməsinə xidmət edən “Güvənli Uşaq” Sosial Dəstək Proqramıdır.

Proqram ilk növbədə sosial həssas və maddi imkanları məhdud ailələrdən olan, psixoloji dəstəyə real ehtiyacı müəyyən edilən uşaqlar üçün nəzərdə tutulub.

Layihə çərçivəsində hər ay seçilmiş 10 uşaq üçün ilkin psixoloji qiymətləndirmə, valideyn və ya qanuni nümayəndə ilə ayrıca görüş və ehtiyaca uyğun fərdi dəstək planının müəyyənləşdirilməsi nəzərdə tutulur. Daha davamlı dəstəyə ehtiyac olduğu hallarda qısa və uzunmüddətli sosial-psixoloji dəstək proqramları da tətbiq edilə bilər.
 

Bu tərəfdaşlıqda AVROTECH MMC layihənin maliyyə dəstəyini və idarəetmə nəzarətini, Lumen Psixologiya Mərkəzi isə peşəkar psixoloji qiymətləndirmə və dəstək prosesini həyata keçirir. Layihənin əsas prinsiplərindən biri məxfilikdir.


Uşaqların və ailələrin şəxsi məlumatlarının, fotolarının və psixoloji məlumatlarının qorunması proqramın ayrılmaz hissəsidir. Məqsəd həssas vəziyyəti nümayiş etdirmək deyil, ehtiyacı olan uşağın düzgün və peşəkar dəstəyə çıxışını təmin etməkdir.

Kimlər müraciət edə bilər?

Sosial həssas və maddi imkanları məhdud olan, övladının psixoloji dəstəyə ehtiyacı olduğunu düşünən ailələr.

Müraciət və ətraflı məlumat:

www.lumen.az

[email protected]

+994 50 111 31 50

Qeyd: Müraciət proqrama avtomatik qəbul demək deyil. İştirak ailənin sosial vəziyyəti, uşağın psixoloji dəstəyə ehtiyacı və ilkin peşəkar qiymətləndirmənin nəticələri əsasında müəyyən edilir. “Güvənli Uşaq” - daha sağlam gələcək üçün ortaq məsuliyyət.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO