Professor İsfəndiyar Ağayevin "Cinayət hüququ. Ümumi hissə" adlı kitabı təqdim olunub - FOTO

Professor İsfəndiyar Ağayevin "Cinayət hüququ. Ümumi hissə" adlı kitabı təqdim olunub - FOTO

Hazırda oxunan: Professor İsfəndiyar Ağayevin "Cinayət hüququ. Ümumi hissə" adlı kitabı təqdim olunub - FOTO
628596
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində hüquq elmləri doktoru, professor İsfəndiyar Ağayevin "Cinayət hüququ. Ümumi hissə" adlı kitabının təqdimat mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, mərasimdə çıxış edən müəllif kitabın ərsəyə gəlməsi və ideyası ilə bağlı fikirlərini bölüşüb.

O, nəşri hüquq elmi ilə bağlı bütün sualların cavabı və izahı kimi qiymətləndirdiyini bildirib.

Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov professor İsfəndiyar Ağayevin "Cinayət hüququ. Ümumi hissə" kitabının yenidən nəşr edilməsini və təqdimatını hüquq elmi üçün əlamətdar hadisə hesab etdiyini vurğulayıb.
 

O, kitabın bundan sonra da hüquq müstəvisində əsas istinad mənbələrindən birinə çeviriləcəyinə inamını ifadə edib.


Sonra digər qonaqlar da kitab barəsində fikirlərini bölüşüblər.

Qeyd edək ki, kitabda cinayət hüququnun ümumi hissəsinə aid nəzəri və praktiki məsələlər müasir hüquqi yanaşmalar əsasında şərh olunub. Müəllif kitabda milli qanunvericiliklə yanaşı beynəlxalq hüquq təcrübəsinə də geniş yer verib.

Xatırladaq ki, İ.Ağayev cinayət hüququ, beynəlxalq cinayət hüququ və cəza-icra hüququ sahələrində 20-dən çox kitabın və 200-dən çox elmi məqalənin müəllifidir. Onun elmi əsərləri Azərbaycandan kənarda da nəşr olunub və beynəlxalq elmi dairələrdə istinad mənbələri kimi istifadə edilir.

Professor İsfəndiyar Ağayevin

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO