Gənc fotoqrafın sərgisi keçirildi -  FOTO

Gənc fotoqrafın sərgisi keçirildi - FOTO

Hazırda oxunan: Gənc fotoqrafın sərgisi keçirildi - FOTO

62506
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü və maliyyə dəstəyi ilə gənc fotoqrafın sərgisi keçirilib.

Moderator.az xəbər verir ki, noyabr ayının 18-ində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin IV kurs tələbəsi Babək Novruzovun “Təxəyyül və şəxs”x9d adlı fotosərgisi təşkil edilib. 60-a yaxın fotonun nümayiş olunduğu sərgidə Universitetin rektoru Fərəh xanım Əliyeva, müəllim-professor heyəti ilə yanaşı Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndələri Xalq artisti Ramiz Novruz, Əməkdar artistlər Vidadi Həsənov, Münəvvər Əliyeva və aktyor Hikmət Rəhimov da çıxış edərək, gənc fotoqrafın işlərini yüksək qiymətləndiriblər. Çıxışçılar həmçinin bu addımın özünü ”“ gənc fotoqrafın sərgisinin təşkil olunmasını universitetdə mədəni atmosferin formalaşması, gənclərin yaradıcı fəaliyyətinin stimullaşdırılması istiqmətində atılan mühüm addımlardan biri kimi dəyərləndirib və bu tipli tədbirlərin daha sıx-sıx təşkil olunması təklifini irəli sürüblər.
Gənc fotoqrafın sərgisi keçirildi -  <i style=FOTO" src="//moderator.az/fotobaza/original/2569.jpg">Gənc fotoqrafın sərgisi keçirildi -  <i style=FOTO" src="//moderator.az/fotobaza/original/2570.jpg">Gənc fotoqrafın sərgisi keçirildi -  <i style=FOTO" src="//moderator.az/fotobaza/original/2571.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO