Zaqatalada iki avtomobil toqquşub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi axşam radələrində Zaqatala şəhərinin girişində, Faiq Əmirov küçəsində qeydə alınıb.
Hadisə zamanı üç nəfərin xəsarət aldığı deyilir. Yaralılar dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdiriliblər.
Hazırda xəsarət alan şəxslərin müayinəsi aparılır.
Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu































































































