Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ – FOTO

Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ – FOTO

Hazırda oxunan: Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ – FOTO

624459

Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib.

Bizim.Media Ölkə.az-a istinadla xəbər verir ki, 52 yaşlı Elşən Nadir oğlu Əhmədov Türkiyə bayrağı altında üzən gəminin kapitanı olub.

O, Misirə gedərkən yolda atası Nadir Əhmədovun ölümü xəbərini alıb.

Həmin vaxt gəmi Baltik dənizində üzürmüş və Litva sahillərinə yan alıb. E.Əhmədov Azərbaycana qayıtmaq məqsədi ilə göyərtəni tərk edib. Atasının yasında iştirak üçün vətənə gəlməyə hazırlaşan kapitanın vəziyyəti qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
 

E.Əhmədovun meyiti hazırda Litvada morqdadır. Onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.


Qeyd edək ki, mərhum Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayırdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO