Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU - ÖZƏL

Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU - ÖZƏL

Hazırda oxunan: Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU - ÖZƏL

624237

Quba-Xaçmaz Regional Təhsil İdarəsində növbəti kadr təyinatı həyata keçirilib.

Bizim.Media-nın Şimal bürosunun əldə etdiyi məlumata görə, iki gün əvvəl idarənin İnzibati Təşkilat sektorunun müdiri vəzifəsində dəyişiklik edilib.

Belə ki, sektorun sabiq müdiri Fikrət Heybətovun yerinə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Coşqun Əliyevin əmri ilə Kamran Əliyev təyin olunub.

Kamran Əliyev uzun illər Qubadakı liseylərdən birinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsindən sözügedən təyinatla bağlı məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO