TƏBİB həkimlərin işdən çıxarılmasına aydınlıq gətirdi - Məqsəd ixtisar deyil

TƏBİB həkimlərin işdən çıxarılmasına aydınlıq gətirdi - Məqsəd ixtisar deyil

Hazırda oxunan: TƏBİB həkimlərin işdən çıxarılmasına aydınlıq gətirdi - Məqsəd ixtisar deyil

624104

Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqindən sonra dövlət tibb müəssisələrində kadr təminatı və ştat strukturlarının optimallaşdırılması istiqamətində işlər aparılır.

Bizim.Media xəbər verir ki, “modern.az”ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hazırda qurumun tabeliyindəki tibb müəssisələrində insan resurslarının vəziyyəti, ştat vahidləri və kadr təminatı ilə bağlı genişmiqyaslı təhlillər həyata keçirilir.
 

Qeyd olunub ki, beynəlxalq təcrübədə səhiyyə kadrlarının planlaşdırılması yalnız ümumi say göstəricilərinə əsaslanmır. Bu zaman kadrların bölgüsü, tibbi xidmətlərə çıxış imkanları, faktiki iş yükü və səhiyyə xidmətlərinə tələbat əsas meyarlar kimi nəzərə alınır.


TƏBİB-in məlumatına görə, Azərbaycanda tibb işçiləri ilə təminat ümumilikdə qənaətbəxş səviyyədə olsa da, regionlar üzrə paylanmada müəyyən fərqlər mövcuddur.

“Əhalinin hər 1000 nəfərinə 7,81 həkim, tibb bacısı və mama düşür. Bu göstərici Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi hər 1000 nəfərə 4,45 nəfərlik minimum göstəricidən yüksəkdir. Bununla yanaşı, kadr təminatı və ştat strukturları üzrə fərqlər həm regionlar, həm də ayrı-ayrı ərazilər, o cümlədən Bakı və Sumqayıt şəhərləri üzrə müşahidə olunur”, – məlumatda bildirilib.

Qurum vurğulayıb ki, həyata keçirilən optimallaşdırma tədbirləri maliyyələşmənin azaldılmasına deyil, dövlət resurslarının daha səmərəli idarə olunmasına xidmət edir.

“Tədbirlərin məqsədi səhiyyə və icbari tibbi sığorta sisteminə ayrılan vəsaitlərin daha səmərəli istifadəsini təmin etməklə vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır”, – deyə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, optimallaşdırma ilə bağlı bütün qərarlar əmək qanunvericiliyinin tələblərinə uyğun, mərhələli və əsaslandırılmış şəkildə qəbul edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO