Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO

Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO

Hazırda oxunan: Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO
624055
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Proqram çərçivəsində iyulun 8-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə ilk köç olub.

Bizim.Media xəbər verir ki, ilkin mərhələdə kəndə 51 nəfərdən ibarət 15 ailə köçürülüb.

Kiçik Qaladərəsi kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 

Köç karvanı ilə kəndə çatan ailələrə mənzillərin açarları təqdim edilib. Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.


Rəsmi şəxslər sakinləri təbrik edərək, kənddə infrastrukturun qurulduğunu və əhalinin dayanıqlı məskunlaşması üçün bütün zəruri addımların atıldığını vurğulayıblar.

Doğma yurda qayıdışın sevincini yaşayan Şuşa sakinləri açarları təhvil alıb, yeni mənzillərində məskunlaşıblar.

Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO - foto 1
Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO - foto 2
Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO - foto 3
Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO - foto 4
Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO - foto 5
Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO - foto 6
Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO - foto 7


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO