Bakıda eyni gündə iki uğurlu böyrək nəqli əməliyyatı icra olundu - FOTO

Bakıda eyni gündə iki uğurlu böyrək nəqli əməliyyatı icra olundu - FOTO

Hazırda oxunan: Bakıda eyni gündə iki uğurlu böyrək nəqli əməliyyatı icra olundu - FOTO

623419

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri Anar Namazov və komandasının iştirakı ilə eyni gündə iki xəstəyə uğurla böyrək nəqli əməliyyatı həyata keçirilib.

Bizim.Media xəbər verir ki, əməliyyat olunan xəstələrdən birinə böyrək həyat yoldaşı, digərinə isə xalası tərəfindən donor olaraq verilib.

Hər iki transplantasiya əməliyyatı uğurla başa çatıb və xəstələrin əməliyyatdan sonrakı dövrü qənaətbəxş keçib.

Əməliyyatdan əvvəl xəstələrin qanda kreatinin göstəriciləri müvafiq olaraq 8,2 mg/dL və 10,3 mg/dL təşkil edirdi ki, bu da ağır böyrək funksiyası pozğunluğunu göstərən yüksək göstəricilərdir. Böyrək nəqlindən sonra yeni transplant olunan orqanın funksiyası qısa müddətdə bərpa olunub və əməliyyatdan bir həftə sonra kreatinin səviyyələri 1,1 mg/dL və 1,2 mg/dL-ə qədər enib. Hər iki xəstə sağlamlıq vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.
 

Böyrək transplantasiyası son mərhələ xroniki böyrək çatışmazlığı olan xəstələr üçün ən effektiv müalicə üsullarından hesab olunur. Uğurlu transplantasiya xəstələrin həyat keyfiyyətini yüksəldir, dializdən asılılığı aradan qaldırır və uzunmüddətli sağqalım göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.


Mütəxəssislər vurğulayırlar ki, xroniki böyrək xəstəliklərinin erkən mərhələdə aşkarlanması üçün mütəmadi check-up müayinələri böyük əhəmiyyət daşıyır.

Xüsusilə şəkərli diabet və arterial hipertenziya böyrək çatışmazlığının əsas risk faktorları sırasındadır.

Qeyd edək ki, bu xəstələrdən birində son mərhələ böyrək çatışmazlığı şəkərli diabetin ağırlaşması nəticəsində inkişaf edib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO