Hikmət Hacıyev dünya şöhrətli professorla GÖRÜŞDÜ – FOTO

Hikmət Hacıyev dünya şöhrətli professorla GÖRÜŞDÜ – FOTO

Hazırda oxunan: Hikmət Hacıyev dünya şöhrətli professorla GÖRÜŞDÜ – FOTO

623043

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadiyyat üzrə dünya şöhrətli professor Ceffri Saks ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, Bakıda səfərdə olan professorla davamlı inkişaf, geosiyasət və geoiqtisadiyyat barədə müzakirələr aparıb:

"Həmçinin Xəzər regionu konsepsiyası, Azərbaycanın orta güc kimi artan rolu, sülh gündəliyimiz və regionun taleyinin region ölkələri tərəfindən müəyyənləşdirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi apardıq. Onun Şərq–Qərb marşrutu boyunca elektrik avtomobilləri ilə həyata keçirilən "Marco Polo – Drive of Peace" təşəbbüsü dialoqun, əməkdaşlığın və qarşılıqlı əlaqələrin təşviqi baxımından ilhamverici nümunədir".
 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO