3 bürc üçün şanslı dövr başladı

3 bürc üçün şanslı dövr başladı

Hazırda oxunan: 3 bürc üçün şanslı dövr başladı

622996

İyul ayının ilk günlərində planetlərin hərəkəti bəzi bürclərin həyatında mühüm dəyişikliklər vəd edir. Astroloqların fikrincə, xüsusilə Əkizlər, Şir və Oğlaq bürcləri üçün qarşıdakı dövr diqqətçəkən yeniliklərlə yadda qala bilər.

Bizim.Media xəbər verir ki, astroloji proqnozlara əsasən, sözügedən bürcləri aşağıdakı dəyişikliklər gözləyir:

Əkizlər

Uranın Əkizlər bürcünə keçidi bu bürcün nümayəndələri üçün yeni mərhələnin başlanğıcı hesab olunur. Marsın Uranla yaxınlaşması qəfil qərarlar, fərqli ideyalar və sürətli dəyişikliklər üçün əlverişli şərait yaradır. Astroloqlar bu dövrdə ünsiyyət, texnologiya və gündəlik həyatla bağlı yeniliklərin ön plana çıxacağını bildirirlər.

Şir

Yupiterin Şir bürcünə keçidi bu bürcün nümayəndələrinə şans və özünəinam qazandırır. Planetlərin mövqeyi liderlik keyfiyyətlərinin güclənməsinə və yaradıcı layihələrin uğur qazanmasına dəstək verir. Uzun müddətdir planlaşdırılan təşəbbüslərin həyata keçirilməsi üçün münasib dövr hesab olunur.

Oğlaq

Ayın Oğlaq bürcündə olması emosional sabitlik və məsuliyyət hissini artırır. Astroloqlar Rahunun təsiri ilə karyera və gələcək planlarla bağlı ciddi düşüncələrin ön plana çıxacağını qeyd edirlər. Bu dövr yeni bacarıqlar əldə etmək, mövcud işi dəyərləndirmək və gələcək hədəfləri müəyyənləşdirmək üçün əlverişli sayılır. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO