Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə zərbələri nəticəsində daha bir Azərbaycan vətəndaşı həyatını itirib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, əslən Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini olan, 2003-cü il təvəllüdlü Fatimə Hüseynova Bakı şəhərində doğulub və orada yaşayıb.
O, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Xarkov şəhərində həyatını itirib. Məlumata görə, Fatimə Hüseynova Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub.O, diplom almaq məqsədilə Azərbaycandan Xarkova gedib.
Mərhumun meyitinin bu gecə Azarbaycana gətiriləcəyi və səhər doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir.
Bizim.Media





































































































