Astroloqların iyul ayı ilə bağlı proqnozlarına görə, bəzi bürcləri sevgi həyatında xoş sürprizlər gözləyir. Mütəxəssislərin fikrincə, bu ay romantik münasibətlər qurmaq, yeni tanışlıqlar etmək və mövcud əlaqələri möhkəmləndirmək baxımından xüsusilə əlverişli hesab olunur.
Bizim.Media xəbər verir ki, proqnozlara əsasən, Şir, Tərəzi, Buğa, Xərçəng və Oxatan bürcləri iyul ayında eşq həyatında daha şanslı ola bilərlər.
Astroloqlar bildirirlər ki, bu bürclərin nümayəndələri yeni münasibətə başlaya, hisslərini daha rahat ifadə edə və şəxsi həyatlarında müsbət dəyişikliklərlə qarşılaşa bilərlər.
Bununla yanaşı, artıq münasibətdə olan şəxslər üçün də qarşılıqlı anlaşmanın güclənməsi, emosional yaxınlığın artması və gələcəklə bağlı ortaq planların qurulması üçün münasib dövr olduğu qeyd edilir.
Qeyd edək ki, astroloji proqnozlar elmi əsaslara söykənmir və yalnız əyləncə xarakteri daşıyır. Fərdi həyat hadisələri insanların seçimləri və real şəraitdən asılı olaraq dəyişə bilər. (azxeber.com)
Bizim.Media



































































































