2026-cı ilin yanvar-may aylarında Azərbaycana turizm məqsədilə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər arasında ən çox turist göndərən ölkələr açıqlanıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə Azərbaycana ən çox turist Rusiya Federasiyasından gəlib. Belə ki, qonşu ölkədən 178 min 319 nəfər turizm məqsədilə Azərbaycana səfər edib.
Siyahıda ikinci yeri Türkiyə tutur. Qardaş ölkədən Azərbaycana 87 min 133 nəfər gəlib.
İlk beşlikdə Qazaxıstan (31 min 487 nəfər) və Hindistan (23 min 660 nəfər) da yer alıb.
Beləliklə, Rusiya və Türkiyə 2026-cı ilin ilk beş ayında Azərbaycana ən çox turist göndərən ölkələr olaraq liderliyini qoruyub.
Bizim.Media


































































































