Gecə kondisionerlə yatmağın təhlükələri haqda XƏBƏRDARLIQ

Gecə kondisionerlə yatmağın təhlükələri haqda XƏBƏRDARLIQ

Hazırda oxunan: Gecə kondisionerlə yatmağın təhlükələri haqda XƏBƏRDARLIQ
622883
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gecə boyu kondisionerin işlək vəziyyətdə qalmasının sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edilib.

Bizim.Media xəbər verir ki, bu haqda tibb bacısı Xorxe Angel aif.ru-ya müshaibəsində məlumat verib.
 

Onun sözlərinə görə, kondisioner otaqdakı rütubəti azaldır. Bu isə hava yollarının və dərinin qurumasına səbəb olur, allergiya, astma və bronxit kimi xəstəlikləri ağırlaşdıra, həmçinin dəri qıcıqlanmasına yol aça bilər.


Mütəxəssis bildirib ki, soyuq hava bədənin həddindən artıq soyumasına səbəb olaraq əzələ spazmları və qıcolmalar yarada bilər.

Xorxe Angel yatmazdan əvvəl otağın sərinlədilməsini, gecə isə kondisionerin söndürülməsini tövsiyə edib. O, həmçinin havanın çox qurumasının qarşısını almaq üçün təbii havalandırmaya üstünlük verilməsini və lazım gəldikdə nəmləndiricidən istifadə olunmasını məsləhət görüb. (Redaktor.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO