Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO

Hazırda oxunan: Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO
622814
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Cümə məscidini ziyarət edib.

Bizim.Media xəbər verir ki, Leyla Əliyeva məsciddə dini ayinlərin icrası və ibadət üçün yaradılmış şəraitlə yaxından tanış olub.

Məscidin imamı bildirib ki, Cümə məscidi 1998-ci ildə istifadəyə verilib. Məsciddə eyni anda 600-ə yaxın şəxs ibadət edə bilər.
 

Azad edilmiş ərazilərdə məscidlərin bərpasının din xadimlərini, ibadət əhlini xüsusilə sevindirdiyini bildirən imam Cümə məscidinin də dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb, ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.


Ziyarətin sonunda Leyla Əliyevaya “Qurani-Kərim” hədiyyə edilib.

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO - foto 1
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO - foto 2
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO - foto 3
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO