Paytaxtın iki rayonunda işıq kəsiləcək

Paytaxtın iki rayonunda işıq kəsiləcək

Hazırda oxunan: Paytaxtın iki rayonunda işıq kəsiləcək

622762

Paytaxtın Yasamal və Nizami rayonlarının bir hissəsində enerjinin verilişində fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, iyulun 2-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Tağı Şahbazi, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 

Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri zamanı fasilə Nizami Abdullayev küçəsini əhatə edəcək.


Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO