Şəkidə 6 otaqlı fərdi ev YANDI - VİDEO

Şəkidə 6 otaqlı fərdi ev YANDI - VİDEO

Hazırda oxunan: Şəkidə 6 otaqlı fərdi ev YANDI - VİDEO

622748

Axşam saatlarında Şəkinin M.Ə. Rəsulzadə prospektində yerləşən evdə yanğın hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhər sakini Ramil Səmədova məxsus 6 otaqlı fərdi yaşayış evində baş verən yanğının genişlənməsinin qarşısı vaxtında alınıb.

Belə ki, hadisə yerinə dərhal Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub.
 

Yanğın nəticəsində evin dam örtüyünün 50 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın tam söndürülüb.


Faktla bağlı araşdırma aparılır.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO