Nazir: “Repetitorluğa deyil, müəllimlərin məktəbdə bazar formalaşdırmasına qarşıyıq”

Nazir: “Repetitorluğa deyil, müəllimlərin məktəbdə bazar formalaşdırmasına qarşıyıq”

Hazırda oxunan: Nazir: “Repetitorluğa deyil, müəllimlərin məktəbdə bazar formalaşdırmasına qarşıyıq”

622362

"Müəllimlərin dərsdən sonra repetitorluq fəaliyyəti ilə məşğul olmasına qarşı deyilik. Lakin məktəbdə dərs deyən müəllimlərin məktəb daxilində bazar formalaşdırmasına qarşıyıq".

Bizim.Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə jurnalistlərin sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, elm və təhsil naziri kimi təhsil sahəsinin daha çox maliyyələşdirilməsinin və müəllimlərin daha yüksək əməkhaqqı almasının tərəfdarıdır.

O, əlavə edib ki, əməkhaqqının artırılması və ya azaldılması onun səlahiyyətində deyil. Rəhbərlik etdiyi qurum qəbul edilən qərarların icrasını təmin edir.

Repetitorluq fəaliyyətinə toxunan Emin Əmrullayev bildirib ki, Bakıda və regionlarda repetitorluqla məşğul olan müəllimlərin əksəriyyətinin gəliri orta aylıq əməkhaqqından dəfələrlə yüksəkdir.

Emin Əmrullayev qeyd edib ki, bəzi müəllimlərin 500 manat əməkhaqqı alması onların həftəlik dərs yükündən irəli gəlir və bu, digər ölkələrdə də tətbiq olunan yanaşmadır.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO