Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi Ali Məhkəmədə

Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi Ali Məhkəmədə

Hazırda oxunan: Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi Ali Məhkəmədə

622310

Külli miqdarda dələduzluqda təqsirləndirilən bloqer Kənan Balahəsənlinin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Bizim.Media xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki,  Kənan Balahəsənlinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, nformasiya texnologiyaları sahəsində mütəxəssis olan və “instagram”da 260 min izləyicisi olan Kənanın “EKOİN” adlı kriptovalyuta elektron ticarəti ilə məşğul olduğu və qazanc əldə etmək vədi ilə sevgi münasibətində olduğu qadından 93 500 manat, digər 4 nəfərdən isə 14 min manata yaxın pul alaraq ələ keçirdiyi müəyyən edilib.

Zərərçəkmiş şəxslər ifadələrində Kənan Balahəsənlinin özünü dövlət qurumlarının İT mütəxəssisi kimi təqdim etdiyini və buna inanaraq pul verdiklərini qeyd ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Balahəsənliyə 6 il 6 ay həbs cəzası verilib. Onun keçmiş sevgilisi E.İsgəndərovanın mülki iddiası da təmin edilib. Kənandan 93 500 manat pulun tutularaq zərərçəkmiş şəxsə ödənilməsinə qərar verilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO