Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Hazırda oxunan: Diabet riski yüksək olan QAN QRUPU açıqlandı
621788
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransada aparılan genişmiqyaslı araşdırma müəyyən qan qrupları ilə 2-ci tip diabet arasında əlaqə ola biləcəyini ortaya qoyub.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələrinə görə, diabet inkişaf riski ən yüksək olan qan qrupu B müsbət, ən aşağı risk daşıyan qan qrupu isə 0 mənfi hesab edilir.

82 mindən çox insanın sağlamlıq məlumatlarının təhlili əsasında aparılan araşdırma göstərib ki, 0 qan qrupuna malik şəxslərdə 2-ci tip diabetin yaranma ehtimalı digər qan qrupları ilə müqayisədə daha aşağıdır.
 

Nəticələrə əsasən, A qan qrupuna sahib şəxslərdə diabet riski təxminən 10 faiz, B qan qrupunda isə 21 faiz daha yüksək müəyyən edilib. Rh faktoru da nəzərə alındıqda, B müsbət qan qrupuna malik insanlarda xəstəliyin inkişaf ehtimalının 0 mənfi qan qrupu ilə müqayisədə 35 faiz çox olduğu bildirilib.


Mütəxəssislər hesab edirlər ki, bəzi qan qruplarında olan antigenlər orqanizmdə xroniki iltihab proseslərini və insulin müqavimətini gücləndirə bilər.

Bundan əlavə, qan qrupunun bağırsaq mikroflorasına təsir göstərərək şəkər mübadiləsində rol oynaya biləcəyi ehtimal edilir.

Alimlər vurğulayırlar ki, qan qrupu dəyişdirilə bilməz, lakin risk qrupuna daxil olan şəxslər sağlam qidalanmaya, fiziki aktivliyə və müntəzəm tibbi müayinələrə daha çox diqqət yetirməlidirlər.(milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO