Vüqar Rəhimzadə: “Bəzi vətəndaşlar yol hərəkəti qaydalarına əməl etmir”

Vüqar Rəhimzadə: “Bəzi vətəndaşlar yol hərəkəti qaydalarına əməl etmir”

Hazırda oxunan: Vüqar Rəhimzadə: “Bəzi vətəndaşlar yol hərəkəti qaydalarına əməl etmir”

621469

Bakıda "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi" layihələri çərçivəsində ictimai müzakirə davam edir.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxışı zamanı Milli Məclisin deputatı Vüqar Rəhimzadə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində həm piyadaların, həm də sürücülərin məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb.
 

Deputat qeyd edib ki, bəzən mövcud qaydalara, xəbərdarlıqlara və təhlükəsizlik tədbirlərinə baxmayaraq, bəzi vətəndaşlar yol hərəkəti qaydalarına əməl etmir və bununla həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyurlar.


V.Rəhimzadə bildirib ki, əsas məqsəd yol-nəqliyyat hadisələrinin sayının azaldılması, insan həyatına qəsdən və ya ehtiyatsızlıqdan zərər vurulmasının qarşısının alınmasıdır. Onun sözlərinə görə, bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsi və təhlükəsizlik mədəniyyətinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.

Deputat müzakirələrin yekununda səsləndirilən təkliflərin praktik nəticələr verməsinin vacibliyini qeyd edib. O bildirib ki, aidiyyəti qurumların, ekspertlərin və ictimaiyyət nümayəndələrinin birgə fəaliyyəti nəticəsində həyata keçiriləcək konkret tədbirlər həm cəmiyyətə, həm də nəqliyyat sisteminin inkişafına müsbət töhfə verə bilər.

Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO