Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

Hazırda oxunan: Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

621150

Paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərinin elektrik təminatında məhdudiyyət yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidməti məlumat yayıb.

“İyunun 24-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Zərgərpalan, Lev Tolstoy, Süleyman Tağızadə, Həzi Aslanov, Əlövsət Quliyev küçələri, Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq”,-deyə qurumun Mətbuat Xidmətindən bildirilib.
 

Qeyd edilib ki, həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Elşən Süleymanov və Rüstəm Rüstəmov küçələrinin bəzi hissələrini əhatə edəcək.


“Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə Səhmdar Cəmiyyətin Mətbuat Xidmətindən əlavə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO