Bu şəxsləri 6 ayadək HƏBS CƏZASI gözləyir

Bu şəxsləri 6 ayadək HƏBS CƏZASI gözləyir

Hazırda oxunan: Bu şəxsləri 6 ayadək HƏBS CƏZASI gözləyir

620958

Yalançı sahibkarlığın hansı halları əhatə etdiyi dəqiqləşdirilir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə edilən Cinayət məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub. 

Layihəyə əsasən, yalançı sahibkarlıq, yəni qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxsin yaradılması, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsəd və niyyətlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi xeyli miqdarda ziyan vurduqda və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO