Müəllimlərin maaşı ARTACAQ – Nazir AÇIQLADI

Müəllimlərin maaşı ARTACAQ – Nazir AÇIQLADI

Hazırda oxunan: Müəllimlərin maaşı ARTACAQ – Nazir AÇIQLADI

620835

“Sertifikatlaşdırma prosesinin yekun nəticələrini təxminən bir-iki həftə ərzində ictimaiyyətə təqdim edəcəyik”.

Bizim.Media xəbər verir ki, bunu APA-ya, Trend-ə və Xəzər Tv-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
 

“Amma artıq ümumi mənzərə formalaşıb. Burada yalnız yüksək bal toplayan müəllimlər deyil, sertifikatlaşdırmadan keçmiş bütün müəllimlər maaşı artır. Sadəcə olaraq artım diferensial şəkildə tətbiq olunur. Bir qisminin maaşı 10 faiz, bir qisminin maaşı isə 35 faiz artırılır, – nazir vurğulayıb.


Qeyd edək ki, iyunun 17-si müəllimlərin sertifikasiya imtahanına başlanılıb. İyunun 25-nə qədər davam edəcək sertifikatlaşdırma prosesində Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsilverənlər iştirak edəcəklər.

Xatırladaq ki, bu gün saat 20:00-da müsahibə APA İnformasiya Agentliyində, Trend İnformasiya Agentliyində və Xəzər televiziya kanalında yayımlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO