11-ci siniflərdə lider rayonlar AÇIQLANDI: Ən yüksək və ən aşağı nəticələr

11-ci siniflərdə lider rayonlar AÇIQLANDI: Ən yüksək və ən aşağı nəticələr

Hazırda oxunan: 11-ci siniflərdə lider rayonlar AÇIQLANDI: Ən yüksək və ən aşağı nəticələr

620290

11-ci sinif şagirdləri arasında tədris dili fənni üzrə ən yüksək nəticələr Qubadlı, Ordubad, İsmayıllı rayonları və Naxçıvan, Sumqayıt şəhərlərində qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunan 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarda yer alıb.
 

Məlumata görə, 11-ci sinif şagirdləri arasında tədris dili fənni üzrə ən yüksək nəticələr Qubadlı (65,79), Ordubad (65,25) rayonlarının, Naxçıvan şəhərinin (64,74), İsmayıllı rayonunun (63,25) və Sumqayıt şəhərinin (63,04) şagirdlərinə məxsus olub.


Riyaziyyat fənni üzrə ən yaxşı göstəricilər Naxçıvan (40,39) və Sumqayıt (39,49) şəhərlərində, həmçinin Culfa (38,88), Qubadlı (38,47) rayonlarında və Naftalan şəhərində (38,52) qeydə alınıb.

Xarici dil fənni üzrə isə Naxçıvan şəhərinin şagirdləri 53,24 orta göstərici ilə ilk sırada qərarlaşıb.

Sonrakı yerlərdə Qubadlı rayonu (52,32), Bakı şəhəri (52,24) və Sumqayıt şəhəri (51,78) yer alıb.

Statistikaya əsasən, 11-ci siniflər üzrə tədris dili fənnində ən aşağı nəticələr Yevlax (44,78), Kürdəmir (44,61), Gədəbəy (44,24), Tərtər (41,64) və Daşkəsən (40,36) rayonlarında qeydə alınıb.
 

Riyaziyyat fənni üzrə ən zəif göstəricilər Ağcabədi (23,86), Tərtər (22,65), Daşkəsən (22,38) və Xocalı (18,87) rayonlarının şagirdlərinə məxsus olub.


Xarici dil fənni üzrə ən aşağı nəticələr isə Yardımlı (27,43), Ağsu (26,43), Cəlilabad (25,96) və Daşkəsən (25,09) rayonlarında müşahidə edilib.

9-cu sinif şagirdləri arasında isə tədris dili fənni üzrə ən yüksək nəticələr Sumqayıt şəhərinin (59,68), Oğuz rayonunun (58,86), Bakı şəhərinin (58,50), Şahbuz rayonunun (56,93) və Mingəçevir şəhərinin (56,13) şagirdləri tərəfindən göstərilib.

Riyaziyyat fənni üzrə ən yaxşı nəticələr Culfa (48,67), Bakı (46,76), Şahbuz (45,74) rayonlarının, eləcə də Abşeron rayonunun (44,11) şagirdlərinə məxsus olub.

Xarici dil fənni üzrə isə ən yüksək göstəricilər Sumqayıt (50,39), Naxçıvan (38,79) və Naftalan (37,56) şəhərlərində qeydə alınıb.

9-cu siniflər üzrə tədris dili fənnində ən aşağı nəticələr Kürdəmir (40,00), Cəlilabad (39,54) və Saatlı (38,83) rayonlarında müşahidə olunub.
 

Riyaziyyat fənni üzrə ən zəif göstəricilər Ağcabədi (22,46), Cəlilabad (22,34) və Daşkəsən (22,24) rayonlarında qeydə alınıb.


Xarici dil fənni üzrə ən aşağı nəticələr isə Saatlı (22,62), Yardımlı (24,84), Ağsu (24,34) və Cəlilabad (23,55) rayonlarının şagirdlərinə aid olub. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO