Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Hazırda oxunan: Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb
620142
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moskvadakı "Sadovod" ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bu gün səhər saatlarında "Sadovod" bazarına düşən dron parçaları Azərbaycan vətəndaşları, Şəki rayonu sakinləri İslam Süleymanov və Elnur Nəbiyevin xəsarət almasına səbəb olub.

Yaralılar Moskva şəhərindəki 36 saylı xəstəxanaya yerləşdiriliblər.

Hazırda yaralılardan birinin evə buraxıldığı bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Moskvaya kütləvi dron hücumu həyata keçirib.

Nəticədə Moskvanın cənub şərqində yerləşən Neft Emalı Zavodu və onun yaxınlığında yerləşən "Sadovod" ticarət mərkəzində yanğın baş verib. Dronlardan biri zavoda çırpılıb, "Sadovod" ticarət mərkəzinə isə havada vurulmuş dron parçaları düşüb. Nəticədə ticarət mərkəzinə böyük ziyan dəyib. Mərkəzdə çalışan Azərbaycanlı iş adamlarının milyonlarla rubl dəyərində malı yanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO