Kosmetoloqlarla dermatoloqlar ÜZ-ÜZƏ - Yayda lazer epilyasiyası olar, ya olmaz?

Kosmetoloqlarla dermatoloqlar ÜZ-ÜZƏ - Yayda lazer epilyasiyası olar, ya olmaz?

Hazırda oxunan: Kosmetoloqlarla dermatoloqlar ÜZ-ÜZƏ - Yayda lazer epilyasiyası olar, ya olmaz?

620081

Lazer epilyasiyası arzuolunmaz tüklərdən uzunmüddətli xilas olmağın ən populyar üsullarından biridir. Xüsusilə də Şərq insanının ən böyük komplekslərindən biri bu olduğu üçün lazerin kəşfi ən çox da onların işinə yarayır. Amma bu “kütləvi təmizlik” prosedurunu adətən soyuq aylarda edirlər ki, isti mövsümlərdə həm ehtiyac qalmasın, həm də işin nəticəsi göz oxşasın. Buna baxmayaraq müəyyən səbəblərdən isti yay mövsümünə də ləngiyib qalanlar var.

Kosmetoloqlar yay mövsümündə lazer etdirməkdə problem görmürlər.

Lazeroloq İlahə Həsənova Bizim.Media-ya bildirdi ki, ehtiyatlı olmaq tövsiyə olunur, amma bunun əsas səbəbi prosedurun özü deyil, günəş şüalarının dəriyə təsiridir.

“Yayda lazer etdikdən sonra birbaşa günəş şüalarına çıxmaq olmaz. Müəyyən müddət sudan da dərini qorumaq lazımdır. Amma yayda insanlar daha çox dənizə, hovuza və açıq havaya çıxdıqları üçün qorunma qaydalarına riayət etmək çətinləşir. Lakin bu o demək deyil ki, yayda lazer qadağandır. Prosedur təhlükəsiz şəkildə aparılsa və qadağalara əməl olunsa heç bir problem yoxdur. Seansdan əvvəl və sonra təxminən 2 həftə günəşlənmək olmaz. Çölə çıxarkən isə 30-50 SPF-li kremlərdən istifadə etmək lazımdır”.

Amma dermatoloqlar yayda lazer prosedurundan uzaq durmağa səsləyirlər.

Dermatoloq Səbinə Ağayeva bildirir ki, hər nə qədər şərtlərə əməl edilsə belə yayın qızmar təsirindən qorunmaq mümkün deyil.

“Ən yaxın lazer salonu evimizdən müəyyən məsafədə yerləşir. Yəni insan istər-istəməz gün işığına da çıxır, tərləyir, suya ehtiyac duyur. Lazerə qədər də gündəlik iş rejimi dərini qaraldır. Halbuki günəşdə qaralmış dəri daha çox melanin daşıdığından lazerin təsiri dəriyə yönələ və yanıq, qıcıqlanma və ya piqment ləkələri riski arta bilər. Lazer prosedurundan sonra dəri bir müddət həssas olur. Güclü günəşə məruz qalmaq tünd ləkələr yaradar. Bəzi insanlarda isə tərləmə və qıcıqlanma ilə əlaqədar ekzema yarana bilər. Ona görə də ən etibarlısı lazer prosedurunu soyuq fəsillərdə etdirmək lazımdır”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO