İnsan üçün hansı heyvan daha faydalıdır: Pişiklər, yoxsa itlər?

İnsan üçün hansı heyvan daha faydalıdır: Pişiklər, yoxsa itlər?

Hazırda oxunan: İnsan üçün hansı heyvan daha faydalıdır: Pişiklər, yoxsa itlər?

619849

Mütəxəssislər insan üçün hansı heyvanın daha faydalı olduğu barədə mübahisəyə davam edirlər: pişiklər, yoxsa itlər? Bu dəfə aparılan araşdırmada heyvanların insanın emosional vəziyyətinə təsiri sınaqdan keçirilib.

Bizim.Media xəbər verir ki, eksperiment zamanı müəyyən olunub ki, hər iki heyvanla ünsiyyət əhval-ruhiyyəni yaxşılaşdırır. Lakin burada bəzi maraqlı məqamlar var.
 

Tədqiqatçılar aşkar ediblər ki, əgər insan ciddi stres vəziyyətindədirsə, pişiklər bəzən izaholunmaz şəkildə mənfi hissləri daha da gücləndirirlər. İt sahiblərində isə belə bir qanunauyğunluq müşahidə olunmayıb. Qısası, özünüzü pis hiss edirsinizsə, yanınıza iti çağırmaq daha məsləhətlidir.


Bundan əvvəl yaponiyalı alimlər gecə vaxtı itlərlə qucaqlaşmağın fiziki və psixi sağlamlığa xeyirli olduğunu sübut etmişdilər. Pişiklərdə isə bu baxımdan heç bir müsbət effekt qeydə alınmayıb.

Öz növbəsində, ABŞ-dan olan tədqiqatçılar pişik saxlamaqla şizofreniya xəstəliyinin yaranma riski arasında müəyyən bir əlaqənin olduğunu da üzə çıxarıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO