Magistral yollarda ən təhlükəli vəziyyətlərdən biri maşının qəfil yolda xarab olması və sürücünün köməksiz halda qalmasıdır. Belə məqamlarda yaranan narahatlıq və gərginlik bir yana, yolun sürətli axını da böyük təhlükələrə əsas yaradır.
Elə buna ən uyğun və kədərli nümunə ötən gün Bakı-Sumqayıt magistralında baş vermiş hadisədir.
Tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhra Mehdiyevanın idarə etdiyi motosikletin yüksək sürətlə yol kənarında nasaz vəziyyətdə dayanmış maşına çırpılması, belə məqamlarda sürücülərin, yol hərəkəti iştirakçılarının məlumatlılığının natamam olduğunu göstərir.
Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı açıqlama yayaraq sürücülərə xəbərdarlıq edib və məcburi dayanma zamanı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri düzgün və vaxtında icra etməyə çağırıb.
Bəs məcburi dayanma zamanı düzgün və vaxtında edilməli olan vəzifələr hansılardır?
İlk olaraq BDYPİ-nin də bildirdiyi kimi nəqliyyatı mümkün qədər təhlükəsiz yerə çıxarmaq və texniki yardım çağırmaq lazımdır. “Yol hərəkəti haqqında” qanunun 55.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir.
Həmin qanunun 55.2-ci maddəsinə görə dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Şəhər daxilində adətən 15–30 metr, kənar və sürətli yollarda 30–50 metrdə nişan qoymaq lazımdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:30 / 17.06.2026
Avtomobil nasazlığa görə yolda qalarsa, sürücü nə etməlidir? – QAYDALAR
Hazırda oxunan: Avtomobil nasazlığa görə yolda qalarsa, sürücü nə etməlidir? – QAYDALAR
Hazırda oxunan: Avtomobil nasazlığa görə yolda qalarsa, sürücü nə etməlidir? – QAYDALAR
619821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































