Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

Hazırda oxunan: Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

619766

Psixi sağlamlıqla bağlı məlumatlar elektronlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
 

Layihəyə görə, psixi pozuntusu olan şəxslərin sağlamlıq vəziyyəti və onlara göstərilən psixiatriya yardımı barədə məlumatlar məxfi saxlanılmaqla elektron sağlamlıq kartı sistemində yerləşdiriləcək.


Qeyd edilib ki, psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə ediləcək.

Həmin şəxsin qanuni nümayəndəsinə qeyd olunan məlumatlar onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunacaq.

Layihədə müalicədən imtina halları ilə bağlı da yenilik nəzərdə tutulur. Belə ki, psixi pozuntusu olan şəxsin müalicədən imtina etməsi və bunun mümkün nəticələri barədə məlumatlar tibbi sənədlərlə yanaşı elektron sağlamlıq kartı sistemində də qeyd olunacaq.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO