Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...

Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...

Hazırda oxunan: Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...
619474
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtda torpaq sahələrinin qiymətlərində artım müşahidə olunur. Hazırda Bakının müxtəlif ərazilərində çıxarışlı torpağın bir sotunun dəyəri təxminən 5 min manatdan başlayaraq 500 min manata qədər yüksəlir.

Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, mütəxəssislər yay mövsümünün yaxınlaşması və fərdi ev tikintisinə marağın artmasının torpaq bazarında hərəkətliliyi artırdığını deyiblər.
 

Alıcıların üstünlük verdiyi əsas seçim isə sənədləri qaydasında olan, çıxarışla təmin edilmiş torpaq sahələridir. Bunun əsas səbəbi gələcəkdə ev tikintisi zamanı kommunal xidmətlərin qoşulması ilə bağlı problemlərin qarşısını almaq istəyidir.


Əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, mövsümi amillər də qiymətlərin formalaşmasına ciddi təsir göstərir.

Onun fikrincə, hava şəraitinin tikinti işləri üçün daha əlverişli olduğu yaz və yay aylarında torpağa tələbat ənənəvi olaraq artır. Bu isə bəzi satıcıların qiymətləri yüksəltməsinə və bazarda bahalaşmanın sürətlənməsinə səbəb olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO