Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb

Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb

Hazırda oxunan: Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb

618935

Lənkəran rayonunda bir nəfərin şəlalədə çimərkən suda itkin düşdüyü bildirilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisənin Biləsər kəndi yaxınlığında, Hirkan Milli Parkının ərazisində yerləşən Bum şəlaləsində baş verdiyi qeyd olunur.

Məlumata əsasən, hadisə ilə bağlı aidiyyəti qurumlara xəbər verildikdən sonra əraziyə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib.
 

Hazırda hadisə yerində axtarış tədbirləri həyata keçirilir. Suda itkin düşən şəxsin tapılması və kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.


Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO