Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı – Foto

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı – Foto

Hazırda oxunan: Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı – Foto

618163

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu– Video


Bildirilib ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində "Mercedes Gelandewagen" və "Kia" markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Araşdırmalarla "Mercedes" markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO