Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu– Video

Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu– Video

Hazırda oxunan: Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu– Video
618121
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Masazır qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi mübahisə ilə nəticələnib.

Bizim.Media xəbər verir ki, “Kia” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında əsas yola çıxmaq istəyərkən qarşısına “Mercedes” markalı avtomobil çıxıb.

“Kia”nın sürücüsü buna etiraz etdikdə qarşı tərəfin sürücüsü onu söyüş və təhqirlərlə cavablandırıb.

Daha sonra isə avtomobili qəsdən “Kia” markalı nəqliyyat vasitəsinə çırpıb.

 Zərərçəkən hadisə ilə bağlı bunları deyib:

“Siqnal verdim ki, niyə belə edirsən? Dedi ki, “yaxşı edirəm”. Aramızda qısa mübahisə yarandı. Sonra maşını geri verib avtomobilimin üzərinə sürdü və əzdi. Mən əsas yola çıxmaq istəyəndə o, qırmızı işıqda hərəkət edərək üstümə gəldi. Maşına təxminən 2 min manatlıq ziyan dəyib.

Təkcə mən yox, ətrafdakı insanlar da “niyə belə edirsən?” deyə etiraz etdilər. O isə maşından düşərək onlara da hücum çəkməyə başladı”.

Əldə etdiyimiz məlumata görə məsələ ilə bağlı polis əməkdaşları tərəfindən artıq araşdırmalara başlanılıb.

Daha ətraflı “Baku TV”nin süjetində:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO