Bayram günlərində Bakıdan Ağstafaya əlavə qatar reysləri təyin edildi

Bayram günlərində Bakıdan Ağstafaya əlavə qatar reysləri təyin edildi

Hazırda oxunan: Bayram günlərində Bakıdan Ağstafaya əlavə qatar reysləri təyin edildi

617925

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 15 iyun - Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günündə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

Bu barədə Bizim.Media-ya səhmdar cəmiyyətindən bildirilib.

Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO