Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri ELAN OLUNDU

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri ELAN OLUNDU

Hazırda oxunan: Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri ELAN OLUNDU

616810

23 - 26 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri iştirakçıların şəxsi səhifələrinə göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

"Müəllimlər şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər", - məlumatda qeyd olunub.

Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla ümumilikdə 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb:

"Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.
 

Qeyd edək ki, sənədlər yoxlanıldıqdan sonra müəllimlər tutduqları vakant vəzifələrə təyin olunacaqlar.


Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat iştirakçıların şəxsi səhifələrinə göndəriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO