Azərbaycanda bələdiyyə məktəbləri niyə yaradılmır? – Səbəblər AÇIQLANDI

Azərbaycanda bələdiyyə məktəbləri niyə yaradılmır? – Səbəblər AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda bələdiyyə məktəbləri niyə yaradılmır? – Səbəblər AÇIQLANDI

615787

“Təhsil haqqında” Qanuna görə, Аzərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl təhsil müəssisələri fəaliyyət göstərir. Lakin hazırda ölkədə yalnız dövlət və özəl təhsil müəssisələri mövcuddur. Dövlət təhsil müəssisələrini bir qayda olaraq Elm və Təhsil Nazirliyi, özəl təhsil müəssisələrini isə təsisçilər özləri idarə edirlər.

Qanunda təhsil müəssisəsi dedikdə, orta məktəblər, peşə, orta ixtisas, həmçinin, ali təhsil ocaqları nəzərdə tutulur. Biz isə əsasən ümumi təhsil müəssisələrinin olmamasının səbəblərini axtarırıq. Çünki ölkəmizdə ümumi təhsil müəssisələrinin əsas faizini dövlət məktəbləri təşkil etsə də, xeyli sayda özəl təhsil müəssisələri də var.

Bəs bələdiyyə məktəblərinin olmamasının səbəbi nədir?

Mövzu barədə Bizim.Media-ya Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov danışıb.

O bildirib ki, Azərbaycanda bu günə qədər və hələ də bələdiyyə məktəbi yoxdur:

“Qanunvericilikdə bələdiyyə məktəblərinin yaradılması təsbit olunub. Bələdiyyələrin 26 illik tarixi var, bu vaxt ərzində Azərbaycan bələdiyyəçiliyində bir dənə də olsun məktəb yoxdur. Bunun da səbəbləri var. Məktəb yaratmaq üçün müəyyən maliyyə imkanları olmalı, şərait yaradılmalıdır, mütləq Elm və Təhsil Nazirliyi ilə inteqrasiya olunmalıdır”.

Onun sözlərinə görə, hazırda bələdiyyələrin məktəb təsis etmək imkanları yoxdur:

“Burada əsas məsələ maliyyə çatışmazlığı deyil. Təşəbbüs olmalıdır, onu yaratmaq üçün səbəblər olmalıdır, əhalinin sayına görə hansı hissələrdə məktəb yaradıla bilər və bu kimi məsələlər planlaşdırılmalıdır. Bununla əlaqədar hələki təklif olmayıb. Təklif olunduğu təqdirdə də ən əsas məsələlərdən biri təhsil müəssisəsinin inzibati binası ilə təmin olunmasıdır. Hazırda Azərbaycan bələdiyyələrində o imkan yoxdur ki, məktəb yaratsınlar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO