Azərbaycanda aqrar sahədə xarici universitetlə birgə yeni universitet yaradılacaq.
Bizim.Media xəbər verir ki, bu, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"da öz əksini tapıb.
Sənədə əsasən, Kənd Təsərrüfatı Nazirliyi Elm və Təhsil Nazirliyi ilə birlikdə 2026− 2030-cu illər ərzində ikili diplom proqramlarının əhatə etdiyi ixtisaslar, tərəfdaş ölkələrin və təhsilalanların sayının artırılması, seçilmiş xarici universitetlə birgə universitetin yaradılması imkanlarının araşdırılmasını, ikili diplom proqramları üzrə təhsil alan tələbələrin sayının artırılması, azı 2 nüfuzlu universitetlə ikili diplom proqramlarının tətbiq edilməsini, aqrar ixtisaslar üzrə ikili diplom proqramlarından məzun olanların ümumi sayının 500-ə çatdırılması, bir xarici universitetlə əməkdaşlıq çərçivəsində birgə universitetin yaradılmasını təmin etməlidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:18 / 25.05.2026
Azərbaycan aqrar təhsildə xarici universitetlə ortaqlığa hazırlaşır
Hazırda oxunan: Azərbaycan aqrar təhsildə xarici universitetlə ortaqlığa hazırlaşır
Hazırda oxunan: Azərbaycan aqrar təhsildə xarici universitetlə ortaqlığa hazırlaşır
615348
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































