Latviyada "Bakı" adlı yeni "dahlia" sortu çiçəyi yaradıldı – FOTO

Latviyada "Bakı" adlı yeni "dahlia" sortu çiçəyi yaradıldı – FOTO

Hazırda oxunan: Latviyada "Bakı" adlı yeni "dahlia" sortu çiçəyi yaradıldı – FOTO

614772

Latviyada tanınmış "dahlia" çiçəyi yetişdiricisi və kolleksiyaçısı Rita Qrin Azərbaycanın paytaxtının adını daşıyan yeni "Bakı" sortunu yetişdirib.

Bizim.Media xəbər verir ki, bu barədə Latviyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
 

Bildirilib ki, yeni sort Latviya ilə Azərbaycan arasında 1994-cü il yanvarın 11-də qurulmuş diplomatik münasibətlərin şərəfinə, eləcə də iki ölkə arasında mədəniyyət və incəsənət sahələrindəki uğurlu əməkdaşlığın rəmzi olaraq bu adı alıb.


"Bakı" "dahlia"sının ləçəklərinin üst hissəsi tünd sarı, alt hissəsi isə bənövşəyi rəngdədir. Sortu kəsilmiş çiçək kimi istifadəyə əlverişlidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO