Azərbaycanlı zəvvarların sonuncu qrupu Məkkəyə çatıb

Azərbaycanlı zəvvarların sonuncu qrupu Məkkəyə çatıb

Hazırda oxunan: Azərbaycanlı zəvvarların sonuncu qrupu Məkkəyə çatıb

614640

Bu gün səhər saatlarında Bakıdan yola düşən sonuncu zəvvar qrupunun olduğu təyyarə Ciddə Beynəlxalq aeroportuna eniş edib.

Bizim.Media xəbər verir ki, bu barədə “oxu.az”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
 

"Beləliklə, 1150 zəvvarın hamısı Məkkəyə çatıb. Sonuncu qrup bir qədər hoteldə dincəldikdən sonra Kəbəyə ümrə etməyə yollanacaq və yekunda zəvvarlar ehramdan çıxacaqlar. Daha sonra bütün zəvvarlar həcc əməllərinin başlamasını gözləyəcəklər".


Qeyd edək ki, bu il həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün kvota 1 150 yer təşkil edib, bir nəfər zəvvar üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən olunub.

Xatırladaq ki, mayın 27-də və 28-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO