Pərviz Şahbazov gələcəyin şəhərlərinin necə olacağını AÇIQLADI

Pərviz Şahbazov gələcəyin şəhərlərinin necə olacağını AÇIQLADI

Hazırda oxunan: Pərviz Şahbazov gələcəyin şəhərlərinin necə olacağını AÇIQLADI
614125
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarabağ və Şərqi Zəngəzurda 307 meqavat gücündə 38 su elektrik stansiyası fəaliyyət göstərir, 340 meqavat gücündə Günəş elektrik stansiyaları inşa edilir, 7 meqavat gücündə damüstü Günəş panelləri quraşdırılıb, həmçinin 240 meqavat gücündə külək elektrik stansiyası üzrə hazırlıq işləri aparılır.

Bizim.Media xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.
 

O qeyd edib ki, ölkədə enerji səmərəliliyi sahəsində institusional mexanizmlər formalaşdırılıb, “Enerji Effektivliyi Fondu” yaradılıb və bu yanaşma enerji istehlakı və itkilərinin azaldılması, resursların səmərəli idarə olunması və ağıllı infrastrukturun inkişafına xidmət edir.


“Azərbaycan bu sahədə investisiyaların genişləndirilməsini və daha effektiv nəticələr əldə olunmasını hədəfləyir. Çünki gələcəyin şəhərləri məhz az enerji ilə daha çox dəyər yaradan şəhərlər olacaq”, - deyə nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO