Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkədə qanunsuz yaşayan 62 xarici vətəndaş deportasiya olunub.
Bizim.Media xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, əməliyyatlar Miqrasiya Departamentinin əməkdaşları tərəfindən DİN-in digər aidiyyəti qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Deportasiya edilən şəxslər arasında Türkiyə, Hindistan, Türkmənistan, Pakistan, Azərbaycan, Belarus, Nigeriya, Misir, Nepal, Rusiya, Cənubi Afrika, Sudan, İordaniya və Filippin vətəndaşları da var.
Bildirilib ki, həmin şəxslər Gürcüstanda miqrasiya qaydalarını pozduqları üçün ölkədən çıxarılıblar.
Mövcud qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərin müəyyən müddət ərzində Gürcüstana yenidən girişinə qadağa qoyulub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:11 / 19.05.2026
Azərbaycan vətəndaşları qonşu ölkədən belə deportasiya olundular - VİDEO
Hazırda oxunan: Azərbaycan vətəndaşları qonşu ölkədən belə deportasiya olundular - VİDEO
Hazırda oxunan: Azərbaycan vətəndaşları qonşu ölkədən belə deportasiya olundular - VİDEO
614078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































