Yaşıl bananlar tərkibində bol miqdarda rezistent (həzmə davamlı) nişasta olduğu üçün ən faydalı banan növü hesab olunur.
Bizim.Media xəbər verir ki, bu sözləri diyetoloq-nutrisioloq Sofiya Kovanova "aif.ru" saytına müsahibəsində deyib.
O qeyd edib ki, idmançıların və yüksək zehni stressi olan insanların bu məhsulu rasionlarına daxil etmələri xüsusilə vacibdir.
"Yaşıl bananları seçmək ən yaxşısıdır, çünki onlarda rezistent nişasta çoxdur və onlar orqanizmi daha yaxşı doydurur. İnsan özünü saxlaya bilmədiyi təqdirdə onların istehlakını məhdudlaşdırmalıdır. Gündəlik iki yaşıl və ya bir yetişmiş banan yemək olar. Bananlar idmançılar üçün çox faydalıdır, onlardan hətta piylərin yandırılması dövründə də istifadə olunur", - deyə Kovanova qeyd edib.
Həkim xəbərdarlıq edib ki, bir sıra xəstəliklər zamanı və ya bəzi dərmanların qəbulu zamanı bu məhsulun istifadəsi əks-göstəriş ola bilər.
Xüsusilə böyrək və mədə-bağırsaq traktının xəstəlikləri, varikoz, şəkərli diabet və öd kisəsi problemləri zamanı banan istehlakı məhdudlaşdırılmalıdır.
Bizim.Media




































































































