Konsert və tədbirlərdə yeni QAYDA - Ayrı-seçkilik, yoxsa təhlükəsizlik?

Konsert və tədbirlərdə yeni QAYDA - Ayrı-seçkilik, yoxsa təhlükəsizlik?

Hazırda oxunan: Konsert və tədbirlərdə yeni QAYDA - Ayrı-seçkilik, yoxsa təhlükəsizlik?

613520

Son illər Azərbaycanda yalnız cütlüklər üçün nəzərdə tutulan “party” və əyləncə gecələrinin sayı artıb. Əvvəllər bu cür məhdudiyyətlər daha çox ad günü və istənilən xoş gününü keçirən şəxsin təşəbbüsü ilə restoran və xüsusi tədbirlərdə tətbiq olunurdusa, indi bəzi konsertlərdə də “yalnız cüt giriş” kimi qaydalar diqqət çəkir. Bu isə cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olur.

Bu yanaşmanın təhlükəsizlik və rahatlıq üçün olduğu, yoxsa ayrı-seçkiliyə xidmət etdiyi müzakirə olunur.

Bizim.Media-nın araşdırmasına görə, bu tip qaydaların əsas məqsədi tədbirdə balanslı mühit yaratmaq, dava-dalaş, aqressiv davranış və narahatlıq yaradan halların qarşısını almaqdır.

Xüsusilə gecə tədbirlərində və klublarda bu sistemin daha təhlükəsiz atmosfer formalaşdırdığı iddia edilir.
 

Dünyanın bir çox ölkəsində müəyyən tədbirlərdə giriş qaydaları, “dress-code” və yaş məhdudiyyətləri tətbiq olunur. Azərbaycanda da bəzi konsert və tədbirlərdə etik və daxili qaydalar mövcuddur. Nümunə üçün deyək ki, Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirlərə şort və başmaqda gəlmək qadağandır.


Yəni bu, məkanın qaydasıdır, subay və ya tək şəxslərin hüquqlarını pozmur.

Bəziləri hesab edirlər ki, konsertlər ictimai mədəni tədbir sayıldığı üçün insanların ailə vəziyyətinə və ya yanında kiminsə olub-olmamasına görə fərqləndirilə bilməz. Yəni bilet alan hər kəs tədbirdə iştirak etmək hüququna malik olmalıdır. Xüsusilə tək gələn insanların kənarda saxlanılması sosial baxımdan narazılıq yaradır və bu, ayrı-seçkilik kimi qiymətləndirilir.

Məsələnin digər tərəfi isə cəmiyyətin dəyişən əyləncə mədəniyyətidir. Bir sözlə, hüquqi cəhətdən yanlış olmasa da, daha çox etik və ictimai tərəfdən müzakirə olunur. Bir tərəf bunu rahatlıq kimi qiymətləndirir, digər tərəf isə ictimai tədbirlərdə hər kəs üçün bərabər iştirak imkanının vacib olduğunu düşünür.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO